×
A
A
A
Sazlamalar

“Sivasspor”la qarşılaşacaq “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq

Bakı, 18 oktyabr, AZƏRTAC
Türkiyə Superliqasının VIII turunda “Sivasspor”la qarşılaşacaq “Qalatasaray” oyuna ciddi itkilərlə çıxacaq.
AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, Radamel Falkao və Mario Lemina qarşıdakı görüşü buraxacaq. Hər iki futbolçu İstanbul derbisində “Fənərbağça” ilə qarşılaşmada zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, “Qalatasaray” və “Sivasspor” görüşü oktyabrın 18-də Bakı vaxtı ilə 21:30-da start götürəcək.

İdman 2019-10-18 16:08:00