×
A
A
A
Sazlamalar

Azərbaycan idmançıları uşu üzrə dünya çempionatında güclərini sınayacaqlar

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 19-23-də Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında Azərbaycan idmançıları da iştirak edəcəklər.
Azərbaycan Uşu Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medalçısı Ruslan Pirəliyev (65 kq) təmsil edəcəklər.
Uşu üzrə yığma komandamız dünya çempionatında federasiyanın prezidenti və baş məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparacaqlar.
Qeyd edək ki, Çində keçiriləcək dünya çempionatında 120-yə yaxın ölkənin idmançıları iştirak edəcəklər.

İdman 2019-10-18 13:39:00