Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək
Bakı, 18 oktyabr, AZƏRTAC
Qazax Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin illik təqvim planına uyğun olaraq keçirilən yarışda alpaqutçular aypara, batur, caymaz və qurşaq növlərində qüvvələrini sınayacaqlar.
Turnirdə ölkənin 30-dan artıq komandasını təmsil edən bütün yaş qrupları üzrə 300-dən çox idmançı birincilik uğrunda yarışacaq.
Oktyabrın 19-da yarışın rəsmi açılış mərasimi keçiriləcək.
Yarışda fərqlənən idmançılar diplom, medallar və kubokla mükafatlandırılacaqlar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir