×
A
A
A
Sazlamalar

Azərbaycanın Müdafiə naziri Çinə səfər edəcək

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü və Milli Müdafiə naziri, general-polkovnik Vey Fenxenin dəvəti ilə bu ölkəyə səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Müdafiə nazirinin Çin Xalq Respublikasının hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşləri planlaşdırılır.

Ordu 2019-10-17 17:55:00