×
A
A
A
Sazlamalar

Şahmat üzrə U-20 dünya çempionatında dördüncü turun oyunlarına start verilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatının dördüncü turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, nüfuzlu yarışda ölkəmizi təmsil edən Məhəmməd Muradlı hindistanlı Singhania Vatsal ilə qarşılaşır.
Qeyd edək ki, bu gün dünya çempionatı çərçivəsində III turun oyunları da keçirilib. Təmsilçimiz M.Muradlı Fillipin şahmatçısı Jon Marvin Miçianoya məğlub olub. Onun aktivində 1 qələbə, 2 məğlubiyyət var.
On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.
Xatırladaq ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov 20 yaşadək şahmatçılar arasında 2003-cü və 2005-ci illərdə dünya çempionu olub.

İdman 2019-10-17 16:55:00