×
A
A
A
Sazlamalar

AFFA-nın baş katibinin müavini UEFA tərəfindən yeni təyinat alıb

Bakı, 17 oktyabr, AZƏRTAC

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) oyununun UEFA nümayəndəsi olacaq.
Matç oktyabrın 24-də Trabzon şəhərindəki Şenol Güneş Spor Kompleksində keçiriləcək.

İdman 2019-10-17 11:50:00