Amerikalı boksçu rinqdə döyüş zamanı aldığı xəsarətdən həyatını itirib VİDEO
Bakı, 17 oktyabr, AZƏRTAC
Amerikalı boksçu Patrik Dey 27 yaşında vəfat edib. Onun ölümünə Çikaqoda boks yarışında Çarlz Konvellə döyüş zamanı aldığı kəllə-beyin xəsarəti səbəb olub.
AZƏRTAC “USA Today” qəzetinə istinadla xəbər verir ki, faciə ilə nəticələnən döyüş oktyabrın 13-də ukraynalı Aleksandr Usik və amerikalı Çazz Uizerspun arasında əsas qarşılaşma öncəsi keçirilib. Patrik Dey dördüncü və səkkizinci raundlarda nokdaun, onuncu raundda isə nokaut vəziyyətinə düşüb. Hakim dərhal rinqə həkimləri çağırıb və boksçu huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. O, əməliyyatdan sonra komaya düşüb və bir daha özünə gəlməyib.
Patrik Dey keçirdiyi 22 döyüşdən 17-də qələbə qazanmış (16 nokautla), dörd dəfə məğlub olmuş və bir heç-heçə etmişdi.
Qeyd edək ki, bu ilin iyul ayında eyni zamanda iki boksçu döyüş zamanı aldıqları xəsarət nəticəsində ölüb. Əvvəlcə rusiyalı idmançı Maksim Dadaşov, sonra isə ingilis idmançısı Uqo Santilyan analoji səbəbdən həyatını itirib.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir