×
A
A
A
Sazlamalar

Təhsil Nazirliyi: Sabirabad və İmişli şəhərlərində vətəndaşlar qəbul ediləcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Təhsil naziri Ceyhun Bayramov oktyabrın 25-i saat 11.00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 25-də saat 11.00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində İmişli və Beyləqan rayon sakinlərini qəbul edəcək. Qəbulda adları qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar oktyabrın 16-dan 22-dək (saat 18:00-dək) Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Elm və təhsil 2019-10-16 19:10:00