×
A
A
A
Sazlamalar

Luka Modriç zədə səbəbindən “El-Klassiko”nu buraxacaq

Bakı, 16 oktyabr, AZƏRTAC
Xorvatiya milli komandasının və İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Luka Modriçin vəziyyətinə aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçirilən Uels-Xorvatiya qarşılaşmasının 90-cı dəqiqəsində əzələsindən zədələnib.
Yarımmüdafiəçi UEFA Çempionlar Liqasında “Qalatasaray”la və İspaniya çempionatında əzəli rəqibləri “Barselona” ilə görüşlərdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, Madrid təmsilçisi “Qalatasaray”la oktyabrın 22-də, “Barselona” ilə isə oktyabrın 26-da qarşılaşacaq. Kral klubu hər iki görüş səfərdə keçirəcək.

İdman 2019-10-16 18:10:00