×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında tədris prosesi təkmilləşdirilir

Bakı, 16 oktyabr, AZƏRTAC 

AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov akademiyanın magistraturasında tədris prosesinin təkmilləşdirilməsi barədə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Əminağa Sadıqov bu il AMEA-nın magistraturasına 22 ixtisas, 75 ixtisaslaşma üzrə 120 nəfərin qəbul olunduğunu, keçən illə müqayisədə bu göstəricinin iki dəfə artdığını bildirib. O, tədris prosesinə cəlb olunan müəllimlərin AMEA-nın tanınmış alimləri sırasından seçildiyini deyib, burada beş akademik, 19 müxbir üzv, 41-i professor olmaqla 66 elmlər doktoru və 101-i dosent olmaqla 127 fəlsəfə doktorunun dərs dediyini nəzərə çatdırıb. 2019-cu ildən AMEA-da ödənişli magistr təhsilinə başlanıldığını xatırladan akademik-katib magistr hazırlığının 26 elmi-tədqiqat institutu ilə aparıldığını qeyd edib. Ə.Sadıqov tədris-metodiki sənədlərin, xüsusilə sillabusların tədris ili başlanana qədər hazırlanıb təsdiqlənməsi üçün müvafiq təhsil şöbələrinə vaxtında təqdim olunmasını tövsiyə edib.

Elm və təhsil 2019-10-16 17:30:00