×
A
A
A
Sazlamalar

ADU-da “İngilis monoloji nitqinin kommunikativ tədrisinin əsasları” kitabı təqdim edilib

Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dilinin leksikologiyası və üslubiyyatı və ümumi dilçilik kafedralarının təşkilatçılığı ilə filologiya üzrə elmlər doktoru Əli Səfiyevin “İngilis monoloji nitqinin kommunikativ tədrisinin əsasları” kitabının təqdimatı keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən professor Azad Məmmədov yeni nəşrin monoloji nitqin kommunikativ tədrisi tarixindən, ingilis dili monoloji nitqinin tədrisinin linqvistik, psixoloji, kommunikativ əsaslarından, həmçinin eksperimental tədris və onun nəticələrinin təhlilindən bəhs etdiyini diqqətə çatdırıb.
Bildirilib ki, tədqiqat işi və tədris vəsaiti kimi böyük əhəmiyyət daşıyan nəşrdə mövcud dərslik və dərs vəsaitləri təhlil olunur, monoloji nitqin kommunikativ tədrisi üçün lazım olan dil materiallarının seçilməsinin əsas meyarları, metodiki iş sistemləri, çalışmalar sisteminin rolu müəyyən edilir.
Elm və innovasiya məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova yeni nəşrin əhəmiyyətindən danışıb. Qeyd edib ki, kitab müvafiq sahə üçün çox faydalıdır.
Digər çıxış edənlər də müəllifin elmi-pedaqoji fəaliyyətindən danışıb və monoqrafiya barədə fikirlərini bildiriblər.

Elm və təhsil 2019-10-16 17:05:00