Azərbaycan çempionatının səkkizinci turunun oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turunun oyunlarına hakim təyinatları açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura oktyabrın 19-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”–“Qarabağ” oyunu ilə start veriləcək. Saat 17:00-da başlayacaq görüşü Əliyar Ağayev idarə edəcək.
Həmin gün baş tutacaq “Keşlə”–“Sabah” matçının baş hakimi Kamal Umudlu olacaq. Saat 19:15-də start götürəcək görüş “ASCO Arena”da oynanılacaq.
Oktyabrın 20-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Zirə” oyununda baş hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. Matç saat 17:00-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Səbail”-“Sumqayıt” oyunu ilə yekun vurulacaq. Rəhim Həsənovun idarə edəcəyi qarşılaşma saat 19:30-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Yeddi turdan sonra turnir cədvəlinə 21 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivlərində 11 xal olan “Neftçi” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Səbail” (10), “Zirə” (8), “Sumqayıt” (7), “Sabah” (5) və “Qəbələ” (5) yer alıblar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir