×
A
A
A
Sazlamalar

Azərbaycan triatlonçuları birinci Dünya Çimərlik Oyunlarında iki medal qazanıblar

Bakı, 14 oktyabr, AZƏRTAC

Milli Olimpiya Komitələrinin Assosiasiyasının Qətərdə təşkil etdiyi birinci Dünya Çimərlik Oyunlarında Azərbaycan millisi iki medal qazanıb.
Azərbaycan Milli Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qadınlar arasında aquatrilon idman növündə fərdi çıxış edən Kseniya Levkovska gümüş medala sahib olub.
Eyni idman növündə kişilərin yarışında mübarizə aparan Rostislav Pevtsov yarışı üçüncü pillədə başa vurub.

 

 

İdman 2019-10-14 10:57:00