×
A
A
A
Sazlamalar

Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində tanınmış uşaq yazıçısı İqor Şevçuk ilə görüş təşkil olunub

Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində işini davam etdirən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində oktyabrın 12-də tanınmış uşaq yazıçısı İqor Şevçuk ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə uşaqlara cizgi filmi təqdim olunub. İqor Şevçuk uşaqlarla əyləncəli oyunlar keçirib.
Rusiyalı yazıçı ilə görüş uşaqların marağına səbəb olub.
Qeyd edək ki, İqor Şevçuk Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifidir.

 

Elm və təhsil 2019-10-12 12:27:00