×
A
A
A
Sazlamalar

İnformasiya Texnologiyaları İnstitutu Monpelye Universitetində keçirilən seminarda təmsil olunub

Bakı, 8 oktyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Könül Əliyeva Fransanın Monpelye Universitetində marketinq və kommunikasiya üzrə seminarda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Marketinq və Kommunikasiya, eləcə də Xidmət Portfellərinin İdarəolunması üzrə xüsusi maraq qruplarının birgə iclasında sosial media üçün videomaterialların hazırlanması üzrə praktik seminar keçirilib.
Fransanın təhsil və tədqiqat şəbəkəsi RENATER-in ev sahibliyi etdiyi tədbirdə GEANT layihəsindəki inkişaf, bulud xidmətləri, yeni “İnam və identlik mentorluq proqramı”, eləcə də GEANT və onun xəbər kanallarında yeniliklər barədə məruzələr dinlənilib.

Elm və təhsil 2019-10-08 16:36:00