Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisinin iştirakçısıdır
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Universiteti oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ali məktəb beynəlxalq təhsil sərgisində ardıcıl olaraq ikinci ildir iştirak edir. Bununla bağlı universitetdə sərgiyə hazırlıq işləri davam edir. Bu il Azərbaycan Universiteti sərgidə “MiniLab” ilə iştirak edəcək. Belə ki, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri 3 gün ərzində laboratoriya işləri yerinə yetirəcək və sərginin yekununda işlərini nümayiş etdirəcəklər.
Bundan əlavə, stendin ziyarətçiləri Azərbaycan Universitetində tədris olunan ixtisaslar, tələbələr üçün yaradılan imkanlar, ali məktəbin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, maddi-texniki bazası, elmi fəaliyyəti və uğurları, akademik heyəti haqqında məlumat ala biləcək, onları maraqlandıran suallarla universitet əməkdaşlarına müraciət edə biləcəklər.
Stenddə professor-müəllim heyətinin kitab, monoqrafiya və dərs vəsaitləri, informasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələrinin hazırladıqları robot və elektronika cihazları da nümayiş olunacaq.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır