×
A
A
A
Sazlamalar

Azərbaycan məhsulları Almaniyada nümayiş olunacaq

Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 5-9-da Almaniyanın Köln şəhərində “Anuga 2019” beynəlxalq ərzaq sərgisi keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan qida sənayesi məhsullarının istehsalı ilə məşğul olan 18 yerli şirkətlə təmsil olunacaq.
Qeyd edək ki, “Anuga 2019” dünyanın ən böyük ərzaq sərgilərindəndir. Sərgidə hər il dünyanın 100-dən çox ölkəsindən şirkətlər təmsil edilir.

Sərgilər 2019-10-03 10:43:00