×
A
A
A
Sazlamalar

Sverdlovsk Regional Sahibkarlığa Dəstək Fondu Azərbaycana biznes-missiya təşkil edir

Bakı, 28 sentyabr, AZƏRTAC

Sverdlovsk Regional Sahibkarlığa Dəstək Fondu Azərbaycana biznes-missiya təşkil edir.
AZƏRTAC fonda istinadla xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətinin sahibkarları üçün noyabrın 6-7-də Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgi və forumunda iştirak üçün işgüzar səfər təşkil olunacaq.
Qeyd edək ki, “Medinex” sərgisi tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir.

Sərgilər 2019-09-28 18:37:00