×
A
A
A
Sazlamalar

İnzibati rəhbər vəzifələr üzrə müsahibədə iştirak üçün indiyədək 24 nəfər müraciət edib

Bakı, 24 sentyabr, AZƏRTAC 

Ümumilikdə 3 dövlət orqanında 83 vakant vəzifənin (A növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 24-ü saat 13:30-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 24 nəfər ərizə verib.
Sentyabrın 17-də başlanan sənəd qəbulu oktyabrın 17-də yekunlaşacaq.
Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (80 vəzifə) tərəfindən çıxarılıb.

 

Elm və təhsil 2019-09-24 13:19:00