×
A
A
A
Sazlamalar

AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev beynəlxalq konfransın proqram komitəsinə üzv seçilib

Bakı, 23 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Siqnalların emalı və süni intellekt sahəsində nailiyyətlər” mövzusunda II beynəlxalq konfransın (ASPAI 2020) beynəlxalq proqram komitəsinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, aprelin 1-3-də Almaniyanın paytaxtı Berlində keçiriləcək konfransın gündəliyinə süni intellekt alqoritmləri, intellektual sistem arkitekturaları, hibrid intellektual və ekspert sistemlər, süni neyron şəbəkələri, qeyri-səlis məntiq, nitqin tanınması və s. mövzular daxildir.

 

Elm və təhsil 2019-09-23 11:23:00