×
A
A
A
Sazlamalar

Zülfiyyə Veysova: IAEA 2019 beynəlxalq səviyyədə fikir mübadiləsi aparmaq üçün platforma yaradır

Bakı, 23 sentyabr, AZƏRTAC
IAEA-nın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusuna həsr olunan 45-ci illik konfransının ölkəmizdə təşkil olunması qürurvericidir. Konfransa dünyanın 50 ölkəsindən 300-dən çox nümayəndə qatılıb.
Bu fikri AZƏRTAC-a IAEA-nın 45-ci illik konfransında Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova deyib. O bildirib ki, konfransda dünyada təhsilin qiymətləndirilməsi istiqamətində ən vacib məsələlər müzakirə olunacaq.
"Konfransın Azərbaycanda keçirilməsi bizim təhsil işçilərimiz üçün də faydalıdır. Konfrans onlara beynəlxalq səviyyədə fikir mübadiləsi aparmaq üçün platforma yaradır. Açılış mərasimindən sonra konfrans iştirakçılarının bəziləri ilə ünsiyyətdə oldum. Onlar təşkilatçılıqdan çox razıdırlar. İnanıram ki, 45-ci konfrans müzakirə olunan mövzularla və əldə olunan nəticələrlə yadda qalan olacaq", - deyə Zülfiyyə Veysova qeyd edib.
Xatırladaq ki, IAEA ümumi və ali təhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə ki, biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu istiqamətdə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiqi məqsədilə yaradılmış IAEA ilə sıx əməkdaşlıq edir. 2007-ci ildə IAEA-nın 33-cü illik konfransı DİM-in təşkilatçılığı ilə MDB və Şərqi Avropa dövlətləri arasında ilk dəfə Azərbaycanda keçirilib.
Dövlət İmtahan Mərkəzi IAEA 2019-un yerli və xarici mediada geniş işıqlandırılması üçün Azərbaycan Dövlət İnformasiya Agentliyini (AZƏRTAC) rəsmi media tərəfdaşı seçib.

Elm və təhsil 2019-09-23 11:04:00