×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: “Barselona” cari mövsüm ikinci dəfə məğlub olub

Bakı, 22 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 21-də futbol üzrə İspaniya La Liqasında beşinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Barselona” səfərdə “Qranada” komandası ilə üz-üzə gəlib.
Görüş “Qranada”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu Kataloniya təmsilçisinin cari mövsüm ikinci məğlubiyyətidir.
Qolları 2-ci dəqiqədə Ramon Aziz və 65-ci dəqiqədə Vadilyo vurublar. Beş turdan sonra 10 xal qazanan “Qranada” turnir cədvəlində birinci yerə yüksəlib. “Barselona” isə yeddi xalla 7-ci yerdə qərarlaşıb.
La Liqanın digər favoriti “Atletiko Madrid” isə öz meydanında “Selta Viqo” ilə heç-heçə edib - 0:0.
Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Osasuna” - “Betis” - 0:0,
“Villareal” - “Valladolid” - 2:0,
“Levante” - “Eybar” - 0:0.
Qeyd edək ki, turun digər oyunları sentyabrın 22-də keçiriləcək.

İdman 2019-09-22 04:20:00