×
A
A
A
Sazlamalar

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Vatford” klubunun qapısına səkkiz cavabsız top vurub

Bakı, 21 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 21-də futbol üzrə İngiltərə Premyer Liqasında altıncı turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Mançester Siti” öz meydanında “Vatford” komandasını qəbul edib.
Görüş Pep Qvardiolanın yetirmələrinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Mançester təmsilçisinin heyətində David Silva, Serxio Aquera, Bernardo Silva (3), Riyad Mahrez, Nikolas Otamendi və Kevin De Brüyne fərqləniblər.
Turun gözlənilməz hesabı “Kinq Power” stadionunda qeydə alınıb. Çempionluğa iddialı “Tottenhem” klubu səfərdə “Lester Siti” komandasının qonağı olub.
Qonaqlar Hari Keynin sayəsində hesabda öndə olsalar da, meydan sahibləri ardıcıl iki qol vuraraq qələbə qazanıb. “Lester Siti”in heyətində Rikardo Pereyra və Jeyms Maddison fərqlənib.
Beşinci turun digər oyundan “Everton” doğma meydanda “Şeffild Yunayted”ə (0:2), “Southemton” isə “Bournemount”a (1:3) məğlub olub. “Börnli” isə doğma azarkeşlər önündə “Norviç Siti”ə qalib gəlib (2:0).
Qeyd edək ki, turun digər oyunları sentyabrın 22-24-də keçiriləcək.

İdman 2019-09-21 20:33:00