×
A
A
A
Sazlamalar

Kross qaçışı üzrə Bakı şəhər çempionatına start verilib

Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, çempionatda 100-ə yaxın atlet 8 məsafə üzrə mübarizə aparır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 10-dək idman klubu təmsil olunur.
Bu yarış oktyabrda Cəlilabadda keçiriləcək respublika çempionatına hazırlıq xarakteri daşıyır.

İdman 2019-09-21 12:12:00