×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə şərh” kitabı çap olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə şərh” kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, rus dilində nəşr edilən kitab Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin "Prosessual məcburetmə tədbirləri"nin dördüncü hissəsinə dair elmi və praktiki izahat normasının qanunvericinin niyyəti və təcrübəsinin ehtiyaclarına uyğun olaraq optimal istifadəsi üçün nəzərdə tutulub.
Kitabdan hüquq məktəblərinin müəllimlər və tələbələri, cinayət prosesi ilə maraqlananlar faydalana bilərlər.

Elm və təhsil 2019-09-21 12:05:00