Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
Bakı, 21 sentyabr, AZƏRTAC
Müəssisələrin fəaliyyətinin ekoloji normalara uyğunlaşdırılması üçün sənədlərın alınma prosesində şəffaflığın tam təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qurumun rəhbər işçiləri, ekoloji normativ sənədlər hazırlayan mütəxəssislər, 20-dən çox aidiyyəti dövlət qurumlarının əməkdaşları, alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Vətəndaşların məmnunluğunun təmin olunması üçün ekoloji normativ sənədlərin sayının azaldılması, xüsusi icazə və rəy sisteminin sadələşdirilməsi, bu sənədlərin verilməsinin “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilməsi məsələləri müzakirə olunub və bu istiqamətdə müvafiq təkliflər dinlənilib.
Müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şəffaf icazə və rəy sisteminin yaradılmasında, vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında, dövlət xidmətlərinin insanlar üçün daha asan və səmərəli təşkil edilməsində maraqlı olduğu diqqətə çatdırılıb və tərəflərin bu işdə yaxından iştirak etməsinin vacibliyi vurğulanıb.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb