×
A
A
A
Sazlamalar

Atletika üzrə dünya çempionatında iştirak edəcək idmançıların sayı bəlli olub

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 27-dən oktyabrın 6-dək Qətərin paytaxtı Dohada keçiriləcək atletika üzrə dünya çempionatında iştirak edəcək idmançıların sayı bəlli olub.
AZƏRTAC xəbər verir ki, mundialda 209 komanda olmaqla 1928 idmançı iştirak edəcək. Bu atletlərin 1039-u kişi, 889-u qadındır. Ötən il keçirilmiş dünya çempionatında qalib olan 44 çempiondan 38-i bu il bir daha özünü sınayacaq.
Qeyd edək ki, dünya çempionatında ölkəmizi Nazim Babyev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edəcəklər.

İdman 2019-09-21 06:33:00