×
A
A
A
Sazlamalar

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 4 faizi taksilərin payına düşür

Bakı, 20 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 149,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 96 faizi avtobus, 4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Həmçinin sərnişin dövriyyəsi 2,2 faiz artıb.

Nəqliyyat 2019-09-20 17:03:00