×
A
A
A
Sazlamalar

Yanvar-avqust aylarında 1496 minik avtomobili istehsal olunub

Bakı, 17 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında 1496 minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 204,2 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 14,3 faiz azalıb.
Həmçinin dövr ərzində 863 traktor istehsal olunub.

Nəqliyyat 2019-09-17 18:55:00