×
A
A
A
Sazlamalar

Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər

Bakı, 17 sentyabr, AZƏRTAC

Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərində qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlara köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin məqsədinə uyğun olaraq, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları yerinə yetirirlər.

Ordu 2019-09-17 14:12:00