×
A
A
A
Sazlamalar

Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin növbəti mərhələsində plana uyğun olaraq, qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mürəkkəb radioelektron şəraitdə kəşfiyyat və digər orqanlardan əldə edilən məlumatlar xəritələrdə əks olunur.
Mövcud vəziyyətə uyğun hazırlanan məruzələr sərəncam şəklində icra edilməsi məqsədilə müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.

Ordu 2019-09-17 11:34:00