×
A
A
A
Sazlamalar

Dünya çempionatının ikinci günündə üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq

Bakı, 15 sentyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, çempionatın ikinci günündə yunan-Roma güləşçiləri 67, 87 və 97 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.
Püşkün nəticəsinə görə, ilk görüşdə güləşçilərimizdən Rəsul Çunayev (67 kq) macarıstanlı Mate Kraşnay, İslam Abbasov (87 kq) Gürcüstan təmsilçisi Qurami Xetsuriani, Orxan Nuriyev (97 kq) qazaxıstanlı Yerulan İskakov ilə qarşılaşacaq.
Dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

İdman 2019-09-15 09:00:00