×
A
A
A
Sazlamalar

“Qarabağ”ın Avroliqadakı rəqibləri ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər

Bakı, 15 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

“Qarabağ” klubunun Avroliqanın qrup mərhələsindəki rəqibləri “Düdelanj” və APOEL sentyabrın 14-də ölkə çempionatlarında növbəti oyunlarını keçiriblər.
AZƏRTAC xəbər verir ki, Kipr çempionatında iki turun arxada qalmasına baxmayaraq, APOEL ilk oyununa çıxıb. Draqan Mixayloviç, Lukas və Andrija Pavloviçin vurduğu qollar sayəsində APOEL öz meydanında AEL komandasını məğlub edib.
Ağdamlıların digər rəqibi Lüksemburq təmsilçisi "Düdelanj" isə səfərdə "Xosterd" komandasına minimal hesabla uduzub - 1:0. Beş turdan sonra hesabında 4 xal olan "Düdelanj" 11-ci yerdə qərarlaşıb.
"A” qrupunda yer alan “Qarabağ”ın digər rəqibi - İspaniyanın “Sevilya” komandası sentyabrın 15-də “Deportivo Alaves” komanasının qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Xatırladaq ki, UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində “Qarabağ” sentyabrın 19-da Bakıda “Sevilya”nı qəbul edəcək.

İdman 2019-09-15 00:06:00