×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: “Real Madrid” bu mövsüm ikinci qələbəsini qazanıb

Bakı, 14 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 14-də futbol üzrə İngiltərə İspaniya La Liqasının dördüncü turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyunu "Santiaqo Bernabeo" stadionunda keçirilib. Çempionluğa iddialı "Real Madrid" "Levante" komandasını qəbul edib.
Meydan sahibləri 3:2 hesablı çətin qələbə qazanıblar. Madrid təmsilçisinin heyətində Kərim Benzema (2) və Kazemiro, qonaqların heyətində isə Borja Mayoral və Qonsalo Melero fərqləniblər.
Bu qələbə sahəsində “Real Madrid” xallarının sayını 8-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Levante” isə 6 xalla 5-ci yerdə qərarlaşıb.
Çempionatın lideri “Atletiko Madrid” səfərdə “Real Sosyedad”a 0:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyətə baxmayaraq “Atletiko Madrid” 9 xalla turnir cədvəlində liderliyini qoruyub saxlayır. Üçüncü yeri isə 8 xalla “Atletiko Bilbao” komandası tutur.
Madridlilərin əzəli rəqibi olan “Barselona” bu gün öz meydanında “Valensiya” klubunu qəbul edəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Çempionata uğursuz başlayan kataloniyalılar üç oyundan cəmi 4 xal toplaya bilib.

İdman 2019-09-14 22:34:00