×
A
A
A
Sazlamalar

“Sərhədçi” İOM-in idmançıları beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər

Bakı, 14 sentyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Olimpiya Mərkəzinin (İOM) idmançıları beynəlxalq yarışlarında ölkəmizi layiqincə təmsil edirlər.
İranın Məşhəd şəhərində yeniyetmələr və gənclər arasında karate üzrə keçirilən beynəlxalq turnirdə məşqçi Zöhrab Səfərovun rəhbərlik etdiyi “Sərhədçi” komandası ümumilikdə 12 medal qazanaraq komanda hesabında ikinci yerə çıxıb.
AZƏRTAC xəbər verir ki, komandanın heyətində müxtəlif çəki dərəcələrində karatenin kumite növü üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Qələndər və Cəlal Miriyevlər qızıl, şəxsi kata yarışlarında Sənan Hüseynzadə qızıl, Qələndər Miriyev gümüş, Cəlal Miriyev bürünc, şəxsi kumite yarışlarında Sənan Hüseynzadə gümüş, kata üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Cəlal Miriyev və Sənan Hüseynzadə bürünc medallar qazanıblar.
Eyni zamanda Londonda keçirilən üzgüçülük üzrə paralimpiyaçıların dünya çempionatında “Sərhədçi” İOM-in məşqçisi Rəşad Əliyevin yetirməsi Vəli İsrafilov brass növü üzrə 100 metr məsafəyə yarışda üçüncü yeri tutub.

İdman 2019-09-14 16:06:00