×
A
A
A
Sazlamalar

Tərtərin ümumi təhsil məktəblərinə 49 müəllim işə qəbul edilib

Tərtər, 14 sentyabr, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində Tərtər rayonunun ümumi təhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə 49 nəfər müəllim işə qəbul edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatında həmin müəllimlərlə görüş keçirilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gənc müəllimləri təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar diləyib. Müstəqim Məmmədov müəllimlərin qayğıları ilə maraqlanıb, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Gənc müəllimlər göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-09-14 14:45:00