×
A
A
A
Sazlamalar

Binotto: Formula 1-in təsnifat yürüşü 2020-ci ildə keçiriləcək

Bakı, 14 sentyabr, AZƏRTAC

“Ferrari”nin rəhbəri Mattia Binotto bildirib ki, gələn mövsümdə Formula 1-in formatı əsaslı şəkildə dəyişdiriləcək. Şənbə günləri keçiriləcək təsnifat yürüşü bazar günü startın düzülüşünü müəyyən edəcək.
2021-ci ildə Formula 1-i irimiqyaslı dəyişikliklər gözləyir: texniki və maliyyə reqlamentləri dəyişəcək. İdman reqlamentinin də dəyişəcəyi istisna olunmur. Binotto təsnifat yürüşünün keçirilməsi barədə sualı cavablandırarkən əmin edib ki, bu sahədə dəyişikliklər artıq 2020-ci ildə olacaq.
“Formula Passion” Binottonun bu sözlərini sitat gətirib: “Bütün komandalar, o cümlədən biz razılaşdıq. Beləliklə, bu, artıq 2020-ci ildə baş tutacaq”.
Təsnifat yürüşü pilotların start düzülüşündə vəziyyətini müəyyən edən ənənəvi təsnifatı əvəzləməlidir. Təsnifat yürüşündə pilotların start düzülüşü ümumi hesabda onların vəziyyətinə əks olacaq. Daha əvvəl bildirilib ki, təsnifat yürüşü 2020-ci il mövsümündə 3 və ya 4 Qran-Pri zamanı ənənəvi təsnifatı əvəzləyəcək.

 

İdman 2019-09-14 14:24:00