×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim “Beynəlxalq İpək Yolu Akademiyası”nın yaradılması üzrə Hazırlıq Komitəsinin iclasında çıxış edib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru Nazim Müzəffərli və dosent Rüfət Əfəndiyev Çinin Sian şəhərində təşkil olunan Avrasiya İqtisadi Forumu çərçivəsində "Beynəlxalq İpək Yolu Akademiyası”nın yaradılması üzrə Hazırlıq Komitəsinin qapalı iclasında iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Nazim Müzəffərli Azərbaycanın "Beynəlxalq İpək Yolu Akademiyasının" yaradılmasını dəstəklədiyini və AMEA-nın bu istiqamətdə görüləcək bütün işlərə öz imkanları çərçivəsində hər cür yardım göstərməyə hazır olduğunu bildirib. O, qurulmaqda olan akademiyanın missiyasına, təşkilati strukturuna, idarəetmə prinsiplərinə və maliyyələşmə qaydalarına dair mülahizələrini iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonra alim iştirakçıların suallarını cavablandırıb.

Elm və təhsil 2019-09-13 13:33:00