×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim Almaniyada elmi-tədqiqat işləri aparıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının professoru Fariz Əmirov Almaniyanın Brandenburq Texniki Universitetində elmi-tədqiqat işləri aparıb. Bu barədə AZƏRTAC-a AzTU-dan bildirilib.
Azərbaycanlı alim Almaniyaya Brandenburq Texniki Universitetinin Metalkəsən dəzgahlar və alətlər kafedrasının müdiri, AzTU-nun fəxri doktoru, professor Silvio Simonun dəvəti ilə gedib.
Fariz Əmirov, həmçinin professor Silvio Simon ilə birlikdə Brandenburq Texniki Universitetinin əməkdaşlıq etdiyi Polşanın Vrotslav Politexnik İnstitutunda və Çexiyanın Liberek Texniki Universitetində aparılan elmi-tədqiqat işləri ilə tanış olub.

Elm və təhsil 2019-09-13 12:45:00