Bu gün “Qarabağ” – “Sevilya” oyununun biletləri satışa çıxarılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində sentyabrın 19-da Bakıda oynanılacaq “Qarabağ” - “Sevilya” qarşılaşmasının biletləri satışa çıxarılıb.
AZƏRTAC klubun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik”, “28 Mall”, “Park Bulvar”dakı “iTicket” satış məntəqələrindən, 2 və 3 saylı “ASAN xidmət” mərkəzlərindən və https://iticket.az/ saytından əldə etmək olar.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.
“A” qrupunda yer alan “Qarabağ”ın digər rəqibləri Kiprin APOEL və Lüksemburqun “Düdelanj” klublarıdır.
Xatırladaq ki, cari mövsümdə avrokuboklarda mübarizəyə UEFA Çempionlar Liqasının təsnifat mərhələsindən başlayan “Qarabağ” komandası APOEL ilə qarşılaşıb. Səfərdə rəqibini məğlub edən (2:1) ağdamlılar doğma meydanda 0:2 hesabı ilə uduzublar. APOEL isə ilk görüşdə heç-heçə etdiyi “Ayaks” klubuna cavab qarşılaşmasında 0:2 hesabı ilə uduzduğundan mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir