Rusiyanın İdman naziri: Azərbaycan Avropa Oyunlarını keçirməklə yüksək göstərici nümayiş etdirdi
Moskva, 12 sentyabr, AZƏRTAC
Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarını keçirməklə yüksək göstərici nümayiş etdirdi. İdmançılarımız Bakını çox tərifləyir, oraya həmişə böyük məmnuniyyətlə gedirlər. Mən özüm də həmişə böyük məmnuniyyətlə Bakıya səfər edirəm.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rossiya seqodnya” agentliyində “Rusiya – idman dövlətidir” forumunun keçirilməsinə həsr olunan mətbuat konfransında Rusiyanın İdman naziri Pavel Kolobkov bildirib. O qeyd edib ki, Bakı çox qonaqpərvər şəhərdir, oraya hamı böyük məmnuniyyətlə gedir. “Bakıda çox rahat logistika, çox gözəl, valehedici hava limanı mövcuddur. Şəhər bütün mehmanxana infrastrukturu ilə təchiz edilib. Dostlarım, idmançı həmkarlarım kimi mən də Azərbaycana daim böyük məmnuniyyətlə gedirəm”, - deyə nazir qeyd edib.
“Rusiya – idman dövlətidir” beynəlxalq forumu idman sahəsində geniş müzakirə meydançasıdır. Forum Rusiya Prezidenti Vladimir Putinin Fərmanına müvafiq olaraq keçirilir. Tədbir bu il oktyabrın 10-11-də Nijni Novqorodda təşkil olunacaq. Forumda Azərbaycanın, Qazaxıstanın və Belarusun idman nazirlərinin iştirakı gözlənilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir