×
A
A
A
Sazlamalar

Ölkəmizin “World Skills International” təşkilatına assosiativ üzvlüyü istiqamətində hazırlıq işləri gedir

Bakı, 12 sentyabr, AZƏRTAC 

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”nin nümayəndə heyəti arasında görüş keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Koreya nümayəndə heyəti “World Skills International” Beynəlxalq Təşkilatına üzvlüklə bağlı hazırladığı texniki-iqtisadi araşdırmanın nəticələrini bölüşüb.
Sözügedən araşdırma Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrinin maddi-texniki bazası, ixtisaslaşma istiqamətləri və digər bu kimi məsələlərə əsaslanır. “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”nin ekspertləri sentyabrın 1-dən 10-dək Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi və “IT Step Academy”də olublar. Peşə təhsili müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olan ekspertlər sorğular keçirərək sözügedən təşkilata assosiativ üzvlük üçün tələb olunan ilkin şərtlərə dair təkliflər planı hazırlayıblar.
Xatırladaq ki, “World Skills International” müsabiqə, həmçinin “Peşə təhsilli kadrların olimpiadası” kimi tanınır. Əsas məqsədi dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıq və peşələrin inkişaf etdirilməsi, bu sahədə olan bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir.

Elm və təhsil 2019-09-12 13:19:00