×
A
A
A
Sazlamalar

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb

Bakı, 12 sentyabr, AZƏRTAC

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə builki və ötənilki müsabiqədə iştirak etmiş namizədlər qatılıblar. Ümumilikdə 8 min 938 namizəd elektron sənəd qəbulunda iştirak edib. Onlardan 8 min 756 namizəd vakansiya seçimi etdikdən sonra elektron ərizəsini təsdiqləyib.
Elektron yerləşdirmənin nəticələri barədə məlumat sentyabrın 12-də namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Elm və təhsil 2019-09-12 12:32:00