Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahında “Açıq qapı” günləri keçiriləcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) sentyabrın 13-14-də öz qapılarını Lozanna sakinlərinin və qonaqların üzünə açacaq. Olimpiya Oyunlarının azarkeşləri, ümumiyyətlə, Olimpiya irsi ilə maraqlananlar modern üslubda inşa edilərək iyunun 23-də istifadəyə verilən BOK-un yeni binasını ziyarət edə biləcəklər.
AZƏRTAC BOK-un saytına istinadla xəbər verir ki, ziyarətçilər sərgiyə tamaşa etməmişdən əvvəl isveçrəli heykəltəraş Vinsent Du Bois tərəfindən hazırlanan, müasir Olimpiya Oyunlarının banisi hesab edilən Pyer de Kubertenin heykəli ilə tanış olacaqlar. Böyük monitorda binanın inşasının müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş etdiriləcək.
Olimpiya evinin qonaqları üçün hər 15 dəqiqədən bir tur təşkil ediləcək və 20 nəfərlik qrup BOK-un iclas otaqlarından tutmuş BOK prezidenti Tomas Baxın kabinetinədək hər yerlə tanış olmaq imkanı əldə edəcəklər.
Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahı 1915-ci ildən Lozanna şəhərində yerləşir. Beynəlxalq qurumun yeni mənzil-qərargahı BOK-un 125 illik yubileyi münasibətilə iyunun 23-də istifadəyə verilib. Bu vaxta qədər BOK-un 500 əməkdaşı şəhərin dörd müxtəlif hissəsində fəaliyyət göstərib.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir