×
A
A
A
Sazlamalar

“Trabzonspor” klubu “Qarabağ”ın hücumçusu ilə maraqlanır

Bakı, 11 sentyabr, AZƏRTAC
Türkiyənin “Trabzonspor” futbol klubu Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Mahir Emreli ilə maraqlanır.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Trabzon klubunun təmsilçiləri M.Emrelini Azərbaycan-Xorvatiya (1:1) qarşılaşmasında bəyəniblər.
“Trabzonspor” klubunun baş məşqçisi Unal Karaman bildirib ki, onlar komandaya gələcəyi parlaq futbolçular seçmək istəyirlər.
Qeyd edək ki, karyerasına 2014-cü ildə “Bakı” klubunda başlayan M.Emreli 2015-ci ildə Ağdam təmsilçisinə transfer olunub.

 

İdman 2019-09-11 12:52:00