Kriştiano Ronaldo yeni rekord müəyyən edib
Bakı, 11 sentyabr, AZƏRTAC
“Avro 2020”nin seçmə mərhələsinin altıncı turu çərçivəsində ötən gün oynanılan Litva-Portuqaliya (1:5) qarşılaşması məşhur futbolçu Kriştiano Ronaldo üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, səfər matçında rəqib qapısına dörd dəfə yol tapan Portuqaliya millisinin kapitanı Avropa çempionatlarının seçmə mərhələlərində vurduğu qolların sayını 24-ə çatdırıb. Kriştiano Ronaldo bu göstərici üzrə irlandiyalı Robi Kini qabaqlayıb. Avropa çempionatlarının seçmə mərhələlərində 23 qolu olan Robi Kinin rekordu səkkiz ildir yenilənmədən qalırdı.
Otuz dörd yaşlı futbolçu Portuqaliya millisinin heyətində 159 oyunda 93 dəfə fərqlənib.
Avropada milli komandanın heyətində ən çox oyun keçirən futbolçu İtaliya yığmasının qapıçısı Canluici Buffondur – 176 dəfə.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir