×
A
A
A
Sazlamalar

“Cirque du Soleil” sirki Messi barədə şou təqdim edəcək

Madrid, 10 sentyabr, AZƏRTAC

Oktyabrın 10-da Barselonada məşhur “Cirque du Soleil” sirkinin yeni şousunun premyerası olacaq. Şou “Barselona” futbol klubunun ulduzu Lionel Messiyə həsr olunub.
AZƏRTAC xəbər verir ki, biletlərin qiymətləri 39-175 avro civarındadır. Bir saat yarım davam edəcək şou oktyabrın 10-dan noyabrın 10-dək Barselonada, 2020-ci il iyunun 11-dən iyulun 5-dək Buenos-Ayresdə nümayiş etdiriləcək.
Messi xanımı və dostları ilə birlikdə artıq şounun qapalı nümayişinə tamaşa edib.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

İdman 2019-09-10 20:57:00