×
A
A
A
Sazlamalar

Gənclər və İdman Nazirliyinin nümayəndələri dünya çempionatında iştirak edəcək güləşçilərlə görüşüblər

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Gənclər və İdman Nazirliyinin nümayəndələri Olimpiya Güləş Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, nazir müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov və aparıcı mütəxəssis Yaşar Rzayev Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovla birgə sentyabrın 14-22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək güləşçilərlə görüşüblər. Onlar həm yunan-Roma, həm də sərbəst güləş üzrə millilərimizin üzvlərinə lisenziya xarakterli mundialda uğurlar arzulayıb və onların qalib gələcəklərinə inandıqlarını bildiriblər.
Yarışın ilk günlərində mübarizə aparacaq yunan-Roma güləşçilərimiz sentyabrın 11-də Qazaxıstana yollanacaqlar. Sərbəst güləşçilər isə sentyabrın 16-da səfərə yola düşəcəklər.

İdman 2019-09-10 18:53:00