×
A
A
A
Sazlamalar

Azərbaycanda əlil arabası istifadəçilərinə aykido məşqlərinin keçilməsi müzakirə olunub

Bakı, 10 sentyabr, AZƏRTAC

Azərbaycanda əlil arabası istifadəçiləri üçün yapon döyüş sənəti olan aykido məşqləri keçirilə bilər. Bu məsələ Yaponiyanın Aykikai və Türkiyə Uşu Federasiyasının məşqçisi Engin Ergin ilə sentyabrın 10-da Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) keçirilən görüşdə müzakirə olunub.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, mütəxəssis AMPK-nın prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov ilə görüşdə bu döyüş növünün əlil arabası istifadəçiləri üçün nəzərdə tutulan versiyasının təkmilləşdirildiyini vurğulayıb. Qeyd edib ki, artıq dünyanın bir sıra ölkəsində yeni versiya üzrə məşqlər təşkil olunub. Bu məşqlər əlil arabası istifadəçilərinin özlərini müdafiə etmələri üçün mühüm rol oynayır.
Qonağın təklifləri maraqla qarşılanıb və bu istiqamətdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

İdman 2019-09-10 18:50:00