×
A
A
A
Sazlamalar

Azərbaycan sahibkarları Ankarada kənd təsərrüfatı texnologiyaları sərgisində iştiraka dəvət olunurlar

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 26-29-da Ankarada “AGROTEC 2019” XXIII Beynəlxalq “Kənd təsərrüfatı və Kənd təsərrüfatı Texnologiyaları Sərgisi” keçiriləcək.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirilib ki, ASK tərəfindən biznes missiya təşkil olunur. Missiyada iştirak edəcək nümayəndə heyətinin otel və transfer xərcləri təşkilatçı tərəfindən ödəniləcək. Yer sayı məhdud olduğundan yalnız 5 şirkətin iştirakı mümkündür və hər şirkətdən bir nəfər iştirak edə bilər.
İştirak edəcək nümayəndə qərar vermək səlahiyyətinə məxsus olmalıdır. ASK-ya üzv olmayan şirkətlərin sərgidə iştirakı ödənişlidir və ödəniş haqqı 200 AZN təşkil edir.

Sərgilər 2019-09-10 18:07:00